Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyində görüşdən çıxıb.
Azpost.info xəbər verir ki, səfir XİN-ə Britaniya missiyasının əməkdaşının kəşfiyyat fəaliyyətinə görə çağırılmışdı.
Keysi Rusiya XİN-də bir saatdan çox qalıb. O, media nümayəndələrinin suallarını cavablandırmadan binadan uzaqlaşıb.
Qeyd edək ki, Böyük Britaniyanın Rusiyada səfirliyinin ikinci katibi Uiliks Edvard Prior casusluqda ittiham olunaraq “persona-non-qrata” elan edilib.
Azpost.info