Britaniya səfiri Azərbaycan jurnalistlərini təbrik edib

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.

O, bu barədə tviter səhifəsində yazıb.

“Bütün jurnalist dostlarımı Milli Mətbuat Günü ilə bağlı təbrik edirəm. Dünən biz görüşüb onların işi və gələcək planları haqqında maraqlı söhbət etdik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 147 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Əvvəlki məqalə

Şuşada Beynəlxalq Media Forum başlayıb

Sonrakı məqalə

Beyləqanda şəhid ailələrinə yeni mənzillər təqdim olunub –