Britaniyanın şahzadə qardaşları Harri və Uilyam uzun müddətli küsülülükdən sonra barışıblar.
Azpost.info bildirir ki, bu barədə Daily Mirror-a kral ailəsinə yaxın mənbə məlumat verib.
Nəşrin məlumatına görə, Uilyam barışıq yolunda ilk addımı kraliça II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümünün qeyd olunması ərəfəsində atıb. Qardaşlar WhatsApp-da yazışmağa başlayıb və uşaqlarla birlikdə videozəngləri vasitəsilə əlaqə saxlayıblar. Həyat yoldaşları Kate Middlton və Megaan Markl hələ ki, belə ailə zəngləri və yazışmalardan çəkinirlər. Onlar həyat yoldaşlarına münasibətlərini düzəltmək üçün vaxt vermək üçün belə edirlər.