Britaniya Kiyevin Qara dənizdəki mövqeyini gücləndirmək üçün Ukrayna ordusuna Kral Hərbi Dəniz Qüvvələrinə məxsus 2 mina əleyhinə gəmi verəcək.
Azpost.info xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Bu minaaxtaran gəmilər Ukraynaya dənizdə insanların həyatını xilas etməyə kömək edəcək və Putinin qeyri-qanuni hərtərəfli işğalından sonra ciddi şəkildə məhdudlaşdırılan mühüm ixrac marşrutlarını açmağa kömək edəcək”, – məlumatda deyilir.
Bundan başqa, Britaniya Norveçlə birlikdə Ukraynanın dəniz müdafiə qabiliyyətini gücləndirmək üçün gəmilər təqdim edən yeni Dəniz İmkanları Koalisiyasına rəhbərlik edəcək. Yeni koalisiya Ukraynaya təlim, avadanlıq və infrastruktur daxil olmaqla, uzunmüddətli dəstək verəcək.
Azpost.info