Britaniya və ABŞ Yəməndəki husi üsyançılarının hədəflərinə azı dörd zərbə endirib.
Azpost.info xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.
Zərbə Əl-Cərr bölgəsinə endirilib. Bu bölgə Qırmızı dəniz sahilindən 100 kilometr aralıda yerləşir.
Tələfat və dağıntılar barədə hazırda məlumat yoxdur.
Bundan əvvəl Yəmən husilərinin lideri ABŞ prezidenti Co Baydeni başqa ölkələrdə müharibələri qızışdırmaq əvəzinə öz ölkəsindəki problemləri həll etməyə çağırıb.
Azpost.info