Britaniya “Wikileaks”in təsisçisi Culian Assanjı azad edib –FOTO

“Wikileaks” portalının təsisçisi Culian Assanj Britaniyanı tərk edib.

“Wikileaks” portalının “X” sosial media səhifəsində C.Assanjın Britaniyanı tərk etmə videosu yayılıb. Bildirilib ki, Assanj Londonun Belmarş həbsxanasında 1901 gün saxlanıldıqdan sonra, iyunun 24-də səhər saatlarında həbsxananı tərk edib.

“O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb və eyni gün saat 17:00 radələrində Stansted hava limanında təyyarəyə minərək Britaniyanı tərk edib”,- deyə sosial media səhifəsindəki məlumatda qeyd olunur.

Qeyd edək ki, Culian Assanj və ABŞ hökuməti arasında razılaşma əldə olunub. Razılaşmaya görə, Culian Assanj casusluq ittihamı üzrə öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanj Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki federal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısında çıxış edəcək.

Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə Assanjın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhal doğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.

Əvvəlki məqalə

Rusiyada iPhone qadağan edilə bilər –

Sonrakı məqalə

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb