Britaniya XİN rəhbəri İrana çağırış edib

İran müharibəsi ilə bağlı atəşkəs qüvvədə olsa da, Hörmüz boğazında vəziyyət hələ də normal fəaliyyətə qayıtmayıb.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper “Reuters“ə bildirib.

O, Tehranı qlobal gəmiçiliyin tam bərpasına imkan yaratmağa çağırıb.

“Biz kritik diplomatik mərhələdəyik, artıq atəşkəs mövcuddur. Amma hələ də boğazdan normal keçid təmin olunmayıb”, — Kuper deyib.

Nazir qeyd edib ki, atəşkəs davamlı sülhə çevrilməlidir və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan dəniz nəqliyyatının bərpası təcili məsələdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.