Britaniya hökuməti Rusiyadan olan 59 fiziki şəxsə və bir qrup iri müəssisəyə qarşı sanksiya tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, sanksiya siyahısında “Sberbank”ın rəhbəri German Qref və “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov da var.
“Qazprombank”, “Rosselxozbank”, “Alfabank”, “SMP-Bank”, “Sovkomflot”, “Rusgidro” da “qara siyahıya” düşənlər arasındadır.
Eyni zamanda, “Vaqner” özəl hərbi şirkətinə və 6 Belarus təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.
Azpost.info