Britaniyalı milyonçu yeni doğulan oğluna 2,5 milyonluq yaxta alıb- FOTO

Britaniyalı milyonçu Barri Dryuit-Barlou yeni doğulan oğluna 2,5 milyon funt sterlinqə yaxta hədiyyə edib.

Azpost.info xəbər verir ki, bu barədə “The Sun” yazıb.

Körpəni avqustun 12-də surroqat ana dünyaya gətirib.

Bahalı yaxta ilə yanaşı, körpəyə 30 min funt sterlinq dəyərində dizayner geyimləri də alınıb.

“Təsəvvür edə biləcəyimiz hər brendi aldıq – “Burberry”, “Versace”, “Dior”, “Tommy Hilfiger”, “Ralph Lauren”, – britaniyalı biznesmen deyib.

Bununla yanaşı, körpə üçün trast fondu da yaradılıb və ora 2 milyon funt sterlinq köçürülüb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı iş davam edir –

Sonrakı məqalə

Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub –