Britaniyanın Baş naziri istefa tarixini bu gün elan edə bilər

Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa tarixini bu gün elan edə bilər.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Starmerin bazar ertəsi səhəri vəzifədən getmə cədvəlini açıqlayacağı gözlənilir. Nəşr yazır ki, bu addım Leyboristlər Partiyasının nümayəndəsi Endi Börnemə Starmerlə liderlik uğrunda açıq mübarizə aparmadan payıza qədər baş nazir postuna keçmək imkanı verə bilər.

Qəzetin iddiasına əsasən, Britaniya hökumətinin bəzi üzvləri Starmerin könüllü istefa verməyə razı olduğunu təsdiqləyiblər. Bildirilir ki, baş nazir əvvəlcə Börnemin onu həm Leyboristlər Partiyasının lideri, həm də hökumət başçısı vəzifəsindən uzaqlaşdırmaq cəhdlərinə müqavimət göstərmək niyyətində olub. Lakin “The Guardian”ın məlumatına görə, bir neçə nazir ona istefa verməyi məsləhət görüb və bundan sonra Starmer həftəsonunu gediş planının hazırlanmasına həsr edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.