Britaniyanın yeni xarici işlər naziri ilk səfərini Almaniyaya edib

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilk xarici səfərini Almaniyaya edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Avropalı müttəfiqlərlə münasibətlərimizi bərpa etməyin vaxtı çatıb. Buna görə də mən Almaniyada xarici işlər naziri kimi ilk səfərimdəyəm”, – deyə Lammi bildirib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə ümumi təhdidlərə qarşı durmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.

Qeyd edək ki, iyulun 5-də Leyboristlər Partiyasının sədri Kir Starmer ölkənin Kralı III Çarlzdan kabinet formalaşdırmaq hüququnu alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. O, David Lammini yeni hökumətdə xarici işlər naziri təyin edib.

Əvvəlki məqalə

NATO Baydenin Trampa uduzacağından narahatdır

Sonrakı məqalə

Braziliya yığması yarımfinala vəsiqə qazana bilmədi