“Brüssel Yaxın Şərqdə hadisələrin nəzarətdən çıxmasından qorxur”- BORREL

Avropa İttifaqı ABŞ-ın Suriya və İraq ərazilərinə zərbələr endirməsindən sonra Yaxın Şərqdəki vəziyyəti kritik hesab edir.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

Borrel bunu Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bildirib.

O qeyd edib ki, Brüssel hadisələrin nəzarətdən çıxmasından qorxur və gərginliyi azaltmağa çağırır.

Borrell əlavə edib ki, nazirlərin mövqeyindən xəbərsizdir və görüş qeyri-rəsmi olduğu üçün şənbə günü vəziyyətlə bağlı konkret qərarların qəbul ediləcəyini gözləmir.

Azpost.info

Əvvəlki məqalə

Polad Bülbüloğlunun 1990-cı ildə Qorbaçovla görüşdə qəzəbli çıxışı –

Sonrakı məqalə

Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə təşəkkür edib