Müxalifətin seçki mitinqinə icazə verilmədi –

RƏSMİ AÇIQLAMA
12 Fevral 2020 - 16:05

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-dən verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.