Müsavat və REAL-ın mitinqinə icazə verildi –RƏSMİ AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat və ReAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətini cavablandırıb.

“Report” xəbər verir ki, müraciətə BŞİH-də baxılıb və onlara fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.

Qeyd edək ki, ReAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə müraciət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

Sonrakı məqalə

Türkiyə-Naxçıvan sərhədi açıldı –