Bu əlamətlər varsa, təcili qan şəkərinizi yoxladın! - Həkim MƏSLƏHƏTİ

Susuzluq hissi və ya artan su qəbulu, tez-tez sidiyə getmə, qasıq nahiyəsində qaşınma, həmçinin bədən çəkisinin dəyişməsi (artma və ya azalma) qanda qlükoza səviyyəsinin təhlili üçün təcili qan analizi vermənin zəruriliyini göstərir.

Azpost.info xəbər verir ki, endokrinoloqlara görə, belə simptomlar 2-ci tip şəkərli diabetdən, insulinin təsirinin pozulmasına görə qanda qlükoza səviyyəsini yüksəldən xroniki xəstəlikdən xəbər verə bilər.

“Qasıq nahiyəsində qaşınma olur, çünki qanda qlükoza müəyyən həddə çatdıqda sidiklə ifraz olunmağa başlayır. Bu da qasıq nahiyəsinin dərisini qıcıqlandırır. İmunitetin zəifləməsi, iltihablı və göbələk xəstəliklərinə meyl də təcili olaraq şəkər üçün qan vermənin zəruriliyini göstərir”, – rusiyalı endokrinoloq Larisa Şerbakova deyir.

Həkim qeyd edir ki, müalicəni qlükoza səviyyəsinə, yaşa və onunla bağlı yaranan ağırlaşmalara diqqət yetirərək təyin edirlər. Qanda şəkərin miqdarı normadan bir az artıq olduqda, pəhrizə riayət etmək, çəki azaltmaq və ya şirniyyat və karbohidratlardan uzaq durmaq kifayətdir. Eyni zamanda, müntəzəm fiziki fəaliyyət də lazımdır.

“Zərurət varsa, qanda şəkərin miqdarını salan dərmanlar təyin edilir. Onlar insulinin istehsalını artırmaq,  hüceyrələrin qlükoza həssaslığını artırmaq və hüceyrələr tərəfindən mənimsənilməsini artırmaqla bağlı təsir mexanizmlərinə görə fərqlənirlər”, – endokrinoloq bildirir.

Azpost.info

Əvvəlki məqalə

Dövlət Miqrasiya Xidmətinə mətbuat katibi təyin olunub

Sonrakı məqalə

Azərbaycan və İsrail müdafiə nazirləri telefonla danışdı –