REAL Partiyasının sədri Natiq Cəfərli maliyyə naziri Samir Şərifovun dövlət büdcəsi ilə bağlı çıxışını tənqid edib.
Azpost.info bildirir ki, nazir Samir Şərifov Milli Məclisdə çıxışı zamanı bildirib ki, 2025-ci ildə ölkədə ilk dəfə “yaşıl büdcə” xərcləri olacaq. Nazirin sözlərinə görə, 2025-ci ildə “yaşıl büdcə” xərcləri istiqaməti üzrə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə, 300 milyon manatı isə ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldiləcək.
N.Cəfərli bu çıxışı “komik” adlandırıb: “Bu 1 mlrd. manatı yeni terminlər işlədərək nəyə, və ya, niyə xərcləyəcəksiniz?! İqlim dəyişikliyinə qarşı adaptasiya və mitiqasiya tədbirləri dedikdə nəyi nəzərdə tutursunuz?! Hanı o tədbirlərin planı-proqramı, addımları?! 2025-ci ildə, 365 gündə bu sahədə 1 mlrd. manata nə addımlar atılacaq? Kim, nəyə və necə adaptasiya olacaq?! Bu sulların cavabı varmı? Yoxsa yeni “dəb”, “yaşıl korrupsiya” elementləri yaranır?!”-deyə partiya sədri nazirə suallar ünvanlayıb.
Azpost.info