“Çox yaxşı başladıq oyuna. Hazırlaşdığımız kimi oynadıq”.
Bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş deyib.
O, Millətlər Liqasının 3-cü turunda Estoniyaya 1:3 hesablı məğlubiyyətdən danışıb:
“İlk qolu buraxdıqdan sonra komanda düşmədi, toparlanıb qol vurduq. Amma fasiləyə az qalmış daha bir qol buraxdıq. İlk hissədən sonra komandama dedim ki, birinci 35 dəqiqəni necə oynamışıqsa, elə də oynamalıyıq. Amma rəqib geri çəkilib bizə imkan vermədi. Futbolda belə hallar olub”.
– Yarımmüdafiə xətti çətinlik çəkirdi. Düşünürsüz ki, məğlubiyyətdə qurduğunuz taktikanın rolu var?
– 3-4-3 taktiki sxemi ilə meydana çıxmışdıq. Yarımmüdafiə xəttində 4 oyunçu var idi. İlk hissədə rəqibə oynamaq imkanı vermədik. Amma əks-hücumda tutdular və qol buraxdılar. Bizim də çox sayda qol imkanımız var idi. 35 dəqiqə ərzində 4 yüz faizlik epizod yaratdıq. Normal şərtlərdə ilk hissəni 2:0 qələbə ilə başa vurmalı idik.
– Sizcə, əlinizdəki heyət tapşırıqlarınıza əməl etməyə yetərlidir?
– Başa düşürəm, amma oyunçular epizodlar yaradırdı. İsveçlə matçda da fərqlənmək üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Bizim müdafiədə problemlərimiz var. Yaranan şansları boşa verib 2-3 qol buraxırıq. Problemimiz müdafiədədir, 8 qol buraxmışıq. Ancaq irəli baxıb işimizi davam etdirməliyik. Vaxt lazımdır. Bir-iki həftə ərzində bunu həll etmək olmur.
– Matçdan əvvəl qeyd etmişdiniz ki, bizim öz yolumuz var elə də davam edirik. Meydana da bizim üçün yeni olan sistemlə çıxdınız. Bu cür davam edəcəksiz?
– Taktikanı dəyişmək istəmirəm, çünki mən hücum futbolu oynamaq istəyirəm. Hər dəfə taktikanı dəyişmək olmur. Bu cür davam edəcəm. Dünyada fərqli taktikalar olan komanda var. Bizim seçimimiz budur.
– Elvin Cəfərquliyev əla oyun keçirdi. Onun Avropaya yollanmasına yardım edə bilərsiz? Hansısa klublara məsləhət görərək…
– Elvin çox istedadlıdır. Hücumlara çox yaxşı qoşulur, amma müdafiə cəhətdən axsayır. Mən onunla danışdım. Sürəti yaxşıdır, öz üzərində işləməlidir. Həm müdafiədə, həm hücumda eyni oynamaq çətindir.
– Niyə kapitan Abbas Hüseynovu seçdiniz? – Niyə yox?
Fikrimcə, o, yaxşı kapitandır. Bədavi Hüseynov Azərbaycan dilində danışa bilmir, ona görə də Abbas Hüseynovu kapitan seçdim. O, Azərbaycan dilini bilir.