“Bu dəhlizin yaradılması üçün Bakı və Tehranla əməkdaşlığa hazırıq” –Rusiya Baş nazirinin müavini

Beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya, İran və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın çox mühüm sahəsidir.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınmalar üçün logistika xidmətinin yaradılması imkanlarının nəzərdən keçirilməsi təklif edilir.

“Moskva “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında Bakı və Tehranla səmərəli əməkdaşlığa hazırdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması malların Rusiyadan İran limanlarına maneəsiz daşınmasını təmin edəcək”, – Novak vurğulayıb.

O bildirib ki, Rusiya Federasiyası, İran və Azərbaycanın gömrük idarələri arasında “sadələşdirilmiş gömrük dəhlizi” layihəsi üzrə əməkdaşlığın davam etdirilməsini vacib hesab edir.

Novakın sözlərinə görə, Rusiya artıq beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün infrastrukturun yaradılması üzrə tədbirlərin siyahısını hazırlayıb: “Moskva beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün normativ bazanın doldurulması üçün təkliflər hazırlayıb. İki-üç ay ərzində beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsi çərçivəsində, o maliyyə mənbələri ilə bağlı konkret təkliflər hazırlanmalıdır”. (APA)

Əvvəlki məqalə

Dağlıq və dağətəyi rayonlarda leysan yağacaq, dolu düşəcək

Sonrakı məqalə

Britaniyada ümummilli matəm 10 gün davam edəcək