“Bu, dialoq üçün görünməmiş açılımdır” –Şarl Mişel əsirlərin azad edilməsindən yazdı

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ofislərinin birgə bəyanatını böyük irəliləyiş adlandırıb.

Azpost.info bildirir ki, Mişel bu barədə X sosial şəbəkəsində yazıb. O,  məhbusların azad edilməsini alqışlayıb və bunu siyasi dialoq üçün görünməmiş açılım adlandırıb.

“Tərəflər arasında ikitərəfli dialoqun yaradılması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi idi. Bugünkü irəliləyiş əsas addımdır. İndi mən Ermənistan və Azərbaycan liderlərini sülh sazişinin imzalanması prosesini tezliklə başa çatdırmağa çağırıram.”, – Mişel bildirib.

Qeyd edək ki, Birgə bəyanata görə, Bakı 32 erməni, İrəvan 2 Azərbaycan əsgərini azad edəcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın azad etdiyi 32 erməni kimlərdir? –

Sonrakı məqalə

Azərbaycanın azad edəcəyi 32 erməninin siyahısı –