Bu gün Azərbaycanda 7 şagird koronavirusa yoluxub

23 Sentyabr 2020 - 18:07

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 59, işçi heyətinin sayı 4 olub.

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 7, işçi heyətinin sayı 6 nəfər təşkil edib.