Bu gün Azərbaycanda TV və radio işləməyəcək

16 Sentyabr 2019 - 08:32

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən, dörd dəfə profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da həyata keçiriləcək.