“Bu gün də eyni sözü deyirəm: Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” –İLHAM ƏLİYEV İRƏVANA XƏBƏRDARLIQ ETDİ

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev Qubanın Qonaqkənd qəsəbə sakinləri ilə görüşü zamanı deyib.

“Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq”-deyə dövlət başçısı vurğulayıb.

Prezident deyib ki, quruculuq işləri, həm Qarabağda, həm də Zəngəzurda aparılır: “Eyni zamanda, bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Prezident Qubanın Qonaqkənd qəsəbəsinə gedib, sakinlərlə görüşüb –

Sonrakı məqalə

Şair Elşad Baratın Şəhidlərə həsr etdiyi “Ölümsüzlər” kitabı 8 rayonda təqdim edilib