Bu gün ikinci Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edib. Bu gün – Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci, Ramazanın 22-ci günü – mayın 16-da isə üçüncü gecəsi olacaq.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı – mayın 20-dən 21-nə keçən gecə də Qədr gecəsi olacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Sonrakı məqalə

Ötən gün karantini pozan 639 sürücü cərimələndi