Bu gün kino bürokratik çərçivədədir –Rejissor Hüseyn Mehdiyev

Bu gün kino bürokratik çərçivədədir.

Bunu Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində kinorejissor Hüseyn Mehdiyev deyib. Onun fikrincə, kino haqqında qanun təkmilləşdirilməlidir:

“Kinonun istehsalatı sahibkarlıq fəaliyyəti ilə sintezdədir. 2020-2040-cı illər mədəniyyət strategiyasında kinonun inkişafı məsələsi də öz əksini tapmalıdır. Bundan çıxış edərək qanunvericilikdə bir neçə istiqamətdə dəyişiklik olmalıdır. Bundan əlavə qeyd edim ki, bizim özümüzün də münasibətimiz dəyişməlidir”.

“Tenderlər kino sənayesinə maneə törədir”, – deyə o, çıxışı zamanı qeyd edib. (APA)

Əvvəlki məqalə

“2005-2008-ci illərdə tikilmiş binada yaşayırsınızsa, oranı satın, təcili dəyişin” –

Sonrakı məqalə

Bakıda mənzildən çürümüş meyit tapılıb