Bu gündən bağçalara ərizələrin onlayn qeydiyyatı başlanılır

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların növbəyə yazılma prosesi müxtəlif yaş qrupları üçün fərqli vaxtlarda aktiv ediləcək.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.