Bu il 14 minə yaxın nikah, 7 minə yaxın boşanma qeydə alınıb

Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13859 nikah və 6933 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Əvvəlki məqalə

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

Sonrakı məqalə

Azərbaycan əhalisinin sayı açıqlanıb