Bu il Azərbaycana giriş etmiş əcnəbilərin sayı açıqlandı

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının ərazisinə giriş etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 231 min 350 nəfər olub.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin ilk 6 ayı ərzində ölkə ərazisinə giriş etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiya, Türkiyə və digər 187 ölkənin vətəndaşlarıdır.

Həmin dövr ərzində iş icazəsinin əldə edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin sayı isə 6 min 124 olub.

Bundan əlavə, cari ilin 6 ayı ərzində qaçqın statusunun verilməsi ilə bağlı 95 (ailə üzvü ilə birlikdə 154) əcnəbinin vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınıb(azərtac).

Əvvəlki məqalə

Ərdoğan Suriya qaçqınlarına qarşı iğtişaşlara görə müxalifəti ittiham edib

Sonrakı məqalə

Bağ evlərinin kirayə qiymətləri