Bu il Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

“Ailə-məişət cinayətlərinin aktuallığını nəzərə alaraq, tərəfimizdən aparılan ümumiləşdirmə zamanı müəyyən edilib ki, 2022-ci ildə qadınlara qarşı 6671 cinayət faktı qeydə alınıb. Ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərin 1129-da zərərçəkmiş şəxs qadınlar, 244-də isə kişilərdir. Zərərçəkmişlərdən isə 12-si yeniyetmələrdir. Onlardan 3-ü qızlar, 9-u isə oğlanlardır”.

Bu sözləri Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.

O bildirib ki, 2023-cü ildə qadınlara qarşı 5034 cinayət törədilib, onlardan 1396-u ailə-məişət münaqişəsi zəminində baş verib.

Əvvəlki məqalə

Əsgəran və Ağdamın işğaldan azad edilmiş ərazilərində rabitə qurulur

Sonrakı məqalə

Azərbaycanın təqdim etdiyi balaban və iftar süfrəsi UNESCO-nun Syahısına daxil edilib