Bu il Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçiriləcək

 

Bu il Bakıda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasının keçiriləcək.

 

Məlumata görə, qurumda Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Niku Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, nazir İnam Kərimov ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladaraq, moldovalı sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb. Onun sözlərinə görə, iki ölkənin regionları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullar haqqında informasiya mübadiləsinin aparılması, birgə müəssisələrin yaradılması, Moldovanın Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələrinə inteqrasiya imkanlarının araşdırılması əməkdaşlığın əsas istiqamətləri ola bilər.

N.Popesku Moldovanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. İclasda iki ölkənin enerji məsələləri, mədəniyyət, təhsil və turizm sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.

Tərəflər Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. Bildirilib ki, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.

Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üçüncü iclasının 2012-ci ildə Kişinyovda keçirildiyi bildirilib, növbəti iclasın bu il Bakıda keçirilməsi barədə ilkin razılıq əldə olunub. İclas çərçivəsində Azərbaycan və Moldova iş adamlarının iştirakı ilə Biznes Forumun keçirilməsi təklifi də məqbul sayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu

Sonrakı məqalə

Rusiya və Belarus birgə hərbi təlimlərinin başladığını elan edib