Liviya Afrikanın şimalında terrorçuların yeni bazası və digər ölkələrə yayılmasının mənbəyinə çevrilə bilər. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə xüsusi xidmət, təhlükəsizlik orqanları rəhbərləri ilə görüşündə deyib. O bildirib ki, ölkədə davam edən şiddətli qarşıdurmalar təhlükəsizlik boşluğunun yaranmasına gətirib çıxarıb: “Bu boşluq fonunda müxtəlif terrorçu qruplaşmaları baş qaldırır, Liviyaya İraqdan və Suriyadan silahlılar toplanır”.