Bu qidaları ev heyvanlarına vermək olmaz- TÖVSİYƏ

Rusiyalı baytar Mixail Şelyakov xəbərdarlıq edir ki, pişiklərə kabab vermək olmaz.

Azpost.info xəbər verir ki, mütəxəssis bunun kababın tərkibi ilə bağlı olduğunu vurğulayıb.

Belə ki, ev heyvanları üçün təhlükə yaradan ətin özü deyil, ona qatılan soğan, ədviyyat və sarımsaqdır.

“Soğan və sarımsaq xüsusilə zərərlidir. Qırmızı qan hüceyrələrini məhv edirlər. Zəhərlənmə ola bilər”, – baytar həkim bildirib.

Onun sözlərinə görə, pişiklərə süd və qatıq vermək də tövsiyə edilmir. Bu qidalar laktoza dözümsüzlüyü səbəbindən şişkinlik və ishala səbəb ola bilər. Dondurma, üzüm, kişmiş və qatılaşdırılmış süd yüksək şəkər tərkibinə görə təhlükəlidir. Bu səbəbdən ev heyvanlarının maddələr mübadiləsi, damar funksiyası, həzm sistemi və böyrəklər pozula bilər. Kərə yağı kimi yağlı qidalardan uzaq durmaq da vacibdir.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.