“myGov” vətəndaş müraciətləri üçün yeni imkanlar yaradır
Dövlət idarəçiliyində aparılan müasir islahatlar və rəqəmsal transformasiyanın və bunun vətəndaş müraciətlərinə baxılması sahəsinə gətirdiyi yenilikləri şərh edən “Konstitusiya” Araşdırmalar Fondunun hüquqşünas-eksperti Şahin Nəsrullayev bildirdi ki, elektron platformaların inkişafı vətəndaş-dövlət münasibətlərində ənənəvi bürokratik maneələri aradan qaldırır və dövlət xidmətlərinin əlçatanlığını təmin edir.
O qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Qanun hər bir vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququnu təsbit edir. Şahin Nəsrullayev diqqətə çatdırdı ki, müasir rəqəmsal idarəetmə alətləri sayəsində vətəndaşlar saatlarla növbələrdə gözləmədən, kağız daşıyıcılarına və poçt xidmətlərinə vaxt itirmədən, birbaşa evdən çıxmadan hüquqi qüvvəyə malik müraciətlər göndərə və icra prosesini izləyə bilərlər.
Şahin Nəsrullayev vurğuladı ki, vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra strukturlarına və publik hüquqi şəxslərə müraciət edərkən “myGov” şəxsi kabinetindən istifadə edə bilərlər.
Müraciətlərin göndərilmə qaydasını addım-addım izah edən hüquqşünas bildirdi ki, myGov portalında ilkin olaraq portalda identifikasiyadan keçmək lazımdır. Bundan sonra mygov portalına daxil olub “Asan Login” sistemi vasitəsilə (Fin kod, Elektron imza, Asan İmza və ya SİMA rəqəmsal imza ilə) şəxsi kabinetinizə giriş etmək lazımdır. Ardından Müraciətlər alt bölməsinə keçid etmək gərəkir. Müraciət etmək istədiyiniz müvafiq dövlət orqanını və ya mərkəzi icra hakimiyyəti qurumunu siyahıdan seçirsiniz.
Açılan formadakı tələb olunan sahələri doldurulir, müraciətinizin növünü (sorğu, təklif, şikayət və s.) qeyd edin və mətninizi yazırsınız. Əgər müraciətinizlə bağlı əlavə sübut, arayış və ya fayllar varsa, onları elektron qaydada əlavə edin. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra müraciəti təsdiqləyib rəsmi şəkildə aidiyyəti quruma ünvanlayın.
Göndərdiyiniz məktubun statusunu, icra vəziyyətini və dövlət qurumundan gələn rəsmi cavab bildirişlərini birbaşa mygov şəxsi kabinetinizdən anlıq izləyə bilərsiniz.
Bu məqalə ““Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində hazırlanıb.