“Bu qorxaq hərəkət məni şoka saldı”- Sunak İran rejimini "barbar" adlandırdı

Britaniya Baş naziri Rişi Sunak İran hakimiyyətinin keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərini edam etmək qərarını pisləyib.

Azpost.info xəbər verir ki, Əkbəri Britaniya vətəndaşlığına malik idi və İran hakimiyyəti tərəfindən Mİ6-ya casusluqda ittiham edilib.

“Britaniya-İran vətəndaşı Əlirza Əkbərinin İranda edam edilməsi məni şoka salıb. Bu, öz xalqının insan hüquqlarına hörmət etməyən barbar rejimin etdiyi qorxaq bir hərəkətdir”, – Sunak “Tviter”də yazıb.

Əkbəri 2000-2008-ci illərdə İranda nazir müavini vəzifəsində çalışıb. O, 2019-cu ildə həbs edilib. Özü də bildirib ki, on ay işgəncələrə məruz qalıb və kamera qarşısında törətmədiyi cinayətləri etiraf etməyə məcbur edilib.

Britaniya xarici işlər naziri Ceyms Kleverli İran rəsmisinin azadlığa buraxılmasına çağırmış və hökmü “siyasi motivli” adlandırmışdı.

Azpost.info

Əvvəlki məqalə

Prezidentin səlahiyyətli nümayəndəsi Nehrəmdə sakinlərlə görüşür

Sonrakı məqalə

Rusiya Kiyevə raket zərbələri endirdi, infrastrukturlar dağıdıldı