Bu qurumların müqavilə bağladığı şirkət etibrasız çıxdı

şirkət etibrasız çıxdı
şirkət etibrasız çıxdı
Bu qurumların müqavilə bağladığı şirkət etibrasız çıxdı.
Dövlət satınalmalarında fəal iştirak edən “Mebel Afəroğlu” şirkəti etibarsız təchizatçı elan edilib.
AzPost-un Qaynarinfo-ya istinadla məlumatına görə, şirkət etibrasız çıxdı və gələn ilin avqust ayınadək tenderlərdə iştirak edə bilməz.
“Mebel Afəroğlu” şirkəti 2018-ci ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Afər Məmməd oğludur. Şirkət 2019-cu ildən bu yana 30 satınalma müqaviləsi bağlayıb.
“Mebel Afər” şirkəti ilə satınalma müqaviləsi bağlayan təşkilatlar arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Suraxanı Tibb Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi, Tibb Universiteti, Gəncə Regional Turizm Mərkəzi, Kliniki Tibbi Mərkəz və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi də var.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.