“Bu, rayon təhsil şöbələrinin ləğv edilməsi demək deyil” –Nazir açıqlama verdi

“Regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil”.

Bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.

O deyib ki, hər rayonda təhsili idarə edən qurumlar olacaq. Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək.

Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.(APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir