Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım xidməti təklif edir.
Aşağıdakı xidmətlər tam ödənişsiz həyata keçirilir:
-hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin verilməsi;
-dövlət qurumlarına ünvanlanan ərizələrin, şikayətlərin və digər müraciətlərin tərtib edilməsi;
-dövlət orqanlarından və digər qurumlardan daxil olmuş rəsmi sənədlərin məzmunun izah edilməsi;
-digər növ hüquq məsləhət xidmətlərinin göstərilməsi.
Hüquqi yardım xidməti üçün həftənin I-V günləri saat 10.00-dan 18.00-dək əlaqə saxlaya və müraciətlərinizi ünvanlaya bilərsiniz.
Telefon və Whatsapp
+994 514540529
E-mail:
dloffice2006@gmail.com