Bulvar İdarəsinin sabiq rəis müavini Nazim Məcidov vəfat edib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti prezidentinin müşaviri Nazim Məcidov vəfat edib.

Bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əskərzadə bildirib. O qeyd edib ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Nazim Məcidov 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tibbi üzrə fəlsəfə doktoru olan Nazim Məcidov uzun müddət Bakı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.