“Burada nədənsə şübhələnməyə dəyməz” –Müttəfiqlik Bəyannaməsi barədə rəylər

Fevralın 22-də Moskvada «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında» Bəyannamə imzalanıb.43 bənddən ibarət olan bu Bəyannamədə hərbi, siyasi, iqtisadi aspektlərdə əməkdaşlıqdan bəhs olunur .

Sənədə baxış isə birmənalı deyil. Belə ki, bəziləri hesab edir ki, tərəflər  münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət üzərində qururlar. Amma bəzi ekspertlərin fikrincə Rusiya bu sənədlə Azərbaycanı öz təsiri altına almaq niyyətli güdür.

Bəyannamə ilə bağlı Azərbaycanın rus icmasından Turan-a bildirilib ki, sənəd imzalandıqdan sonra Azərbaycan və Rusiya, sadəcə, tərəfdaş deyil, həm də hər iki ölkənin inkişafı və iki xalq üçün, eləcə də regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər üzrə müttəfiqdirlər.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov Turan-a deyib ki, bəyannamənin mətni göstərir ki, sənəd bərabərhüquqluluöa əsaslanır. Onun deməsinə görə, bu, iki ölkə arasında ilk belə sənəd deyil.

E.Məmmədov vurğulayıb ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iuyn 1997-ci il tarixli müqavilə var. 2 iyul 2008-ci il tarixli və 1 sentyabr 2018-ci il tarixli birgə bəyannamə imzalanıb.

Onun sözlərinə görə, bu sənədlərin hamısı iki dövlət arasında bərabər hüquqlar şərtində qarşılıqlı münasibətlərin, əməkdaşlığın genişlənməsi və inkişaf etdirilməsinə əsaslanır.

E.Məmmədov hesab edir ki, burada nədənsə şübhələnməyə dəyməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Roma Papası Rusiya və Ukraynaya müraciət edib

Sonrakı məqalə

Türkiyədə Aslan İsmayılovun kitabının təqdimat mərasimi olub