“Bütün dünya bilsin, hər zaman Azərbaycanın yanında olacağıq” –Hulusi Akar Qarsda çıxış etdi

Türkiyə və Azərbaycan qardaş ölkələrdir.

Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsində deyib.

Nazir çıxışında bildirib ki, bunun təkcə sözdə olmadığını Qarabağdakı 44 günlük müharibə göstərdi.

“Minsk qrupu 30 ildə heç bir iş görmədi. Düşmən yeni hücumlara başladı, Azərbaycan yetər artıq deyib, öz torpaqlarını işğaldan azad etdi və bu mübarizəni zəfərlə taclandırdı. Azərbaycanlı qardaşlarımız güvən və rifah içində həyatlarını davam etdirəcəklər. Biz bir millət, iki dövlət, bir yumruq, bir ürək olmaqda qərarlıyıq. Hər zaman Azərbaycanın yanında olduq, bundan sonra da olacağımızı bütün dünyanın bilməsi lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birinci vitse-prezident Mehriban Əliyeva ICESCO-nun tədbirində çıxış edib –

Sonrakı məqalə

REAL partiyası dövlət büdcəsindən maliyyə yardımı alacaq-