“Bütün imkanları səfərbər etməsək, Aİ-nin mövcudluğu sual altında qalacaq”- BORREL

“Rusiyanın aqressiv siyasəti təkcə Ukraynanı deyil, bütün Avropanı təhdid edir”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Biz sürətlə kursumuzu dəyişməsək, bütün imkanları səfərbər etməsək, Aİ-nin mövcudluğu sual altında qalacaq”, – Borrel deyib.

O qeyd edib ki, Putin öz ordusunun potensialını və Ukrayna müqavimətinin imkanlarını qiymətləndirməkdə səhv edib: “O, həmçinin Avropa İttifaqı və NATO ölkələrindən belə reaksiya gözləmirdi. Lakin Putin hələ də döyüşməyə hazırdır. Çünki geriyə yolu yoxdur”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.