“Bütün məqsədlərə çatana qədər Qəzzada əməliyyat davam edəcək”- Netanyahunun ofisi

İsrail bütün məqsədlərinə çatana qədər Qəzzada hərbi əməliyyatı davam etdirəcək.

Azpost.info xəbər verir ki, bunu İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

“Qəzzada müharibə bütün məqsədlərinə nail olunana qədər davam edəcək. Bütün girovların qaytarılması, HƏMAS-ın hərbi və idarəetmə imkanlarının aradan qaldırılması, Qəzzadan terror təhlükəsinin aradan qaldırılması və şimal sakinlərinin evlərinə salamat qayıtması. Döyüşçülərimiz girovlarımızı geri qaytarmaq və İsrail vətəndaşlarına qarşı terror təhlükəsini zərərsizləşdirmək üçün bütün cəbhələrdə cəsarət və fədakarlıqla hərəkət etməyə davam edir”, – o, Telegram kanalında yazıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Avropaya qaz ixracını 8 faizədək artırıb

Sonrakı məqalə

Azərbaycanda həkim cinayət məsuliyyətinə cəlb edildi