Bərdədə dəhşətli yol qəzasında 5 nəfər öldü –-VİDEO

Bərdədə ağır yol qəzası baş verib.

Hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində  5 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin APA-ya verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.

TƏBİB-dən bildirilib ki, baş verən hadisə ilə bağlı 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həkimlərin səyinə baxmayaraq, vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib.

Hazırda bir nəfərin müalicəsinə davam edilir.

Vəziyyəti ağırdır.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.