Cəbrayılda mina partlaması nəticəsində 7 nəfər xəsarət alıb –AÇIQLAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

Xəsarət alanlar – Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı, Cəlal Babayev xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Vəliyev Ruhin Sultan oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir.

2022-ci il 17 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Əvvəlki məqalə

“Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq?” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu