Cənubi Koreya lideri Trampla danışdı- Kim Çenin Rusiya qoşun göndərməsinə toxundu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cənubi koreyalı həmkarı Yun Suk Yolla telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin birinci müavini Kim Hyoya istinadən yazıb.

Agentliyin məlumatına görə, söhbət zamanı Cənubi Koreya lideri Trampı prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Söhbət zamanı ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat və qlobal problemlər sahələrində əlaqələr də müzakirə olunub.

Cənubi Koreya rəsmisinin sözlərinə görə, Yun və Tramp Şimali Koreyadakı vəziyyəti, o cümlədən son nüvə hadisələrini, raket buraxılışlarını və Rusiyaya qoşun yeridilməsini müzakirə ediblər.

Bundan başqa, təhlükəsizlik məsələləri müzakirə edilib və Ukraynadakı vəziyyətlə bağlı narahatlıq ifadə olunub.

Tərəflər Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi məsələsini də müzakirə ediblər.

Tramp söhbət zamanı ABŞ-ın Cənubi Koreya ilə gəmiqayırma sənayesində, xüsusən də dəniz gəmilərinin istehsalı, ixracı, təmiri və texniki xidmət sahələrində əməkdaşlığa can atdığını vurğulayıb.

Cənubi Koreya liderinin ofisi yaxın vaxtlarda şəxsi görüşün də keçirilməsi barədə razılığa gəlindiyini qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Neftçalada 32 yaşlı qadın özünü Kürə atıb

Sonrakı məqalə

Paytaxtda tıxaca səbəb olan şəxs həbs edilib