Cəbrayılda mina partlayıb –ANAMA-nın əməkdaşı yaralanıb (YENİLƏNİB)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayılda minaya düşən əməkdaşının vəziyyəti barədə məlumat yayıb.

ANAMA mətbuat xidmətindən verilən məlumata görə, 2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilmiş, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuşdur. Hal-hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

**

2022-ci il 17 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə  ANAMA-dan bildirilib.

“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, – qeyd olunub.

Əvvəlki məqalə

Əhmədlidə yaşayış binasında yanğın söndürülüb –

Sonrakı məqalə

Milli Məclisin növbədənkənar sessiyası başlayıb