Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb

Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini tutduğu vəzifədən azad edilib.

Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

İcra hakimiyyətindən bildirdilər ki, Elnarə Həsənova öz ərizəsi ilə işdən çıxarılıb. Qeyd edək ki, o bu vəzifəyə 2019-cu ildən təyin edilib.

Hazırda onun yerinə təyinat olmayıb. (APA)

Əvvəlki məqalə

Şəhid hərbçimiz Yusif Qurbanov Goranboyda dəfn edilib – FOTO

Sonrakı məqalə

Tbilisidə ermənilər Azərbaycan səfirliyinə hucum etməyə cəhd edib –