Çamadan oğrusu olan deputat partiyasından istefa verdi

Çamadan oğrusu
Çamadan oğrusu

Çamadan oğrusu olan deputat partiyasından istefa verdi

Portuqaliyalı millət vəkili Migel Arruda hava limanında silsilə çamadan oğurluğunda ittiham olunduqdan sonra “Chega” partiyasından istefa verib.

AzPost “Unikal”a istinadla xəbər verir ki, bu barədə millət vəkili mediaya açıqlamasında özü bildirib.

“Təqsirsiz olduğumu sübut etmək üçün mən heç bir partiyanın üzvü olmamalıyam”, – deyə Arruda qeyd edib.

İstintaqın məlumatına görə, deputat Lissabon hava limanında, eləcə də Azor adalarının hava limanında çamadanlar oğurlayıb. Çantaların həm onun evində, həm də parlamentdəki ofisində tapıldığı bildirilir.

İddialara görə, cinayətlərdən biri kameraya düşüb, Arruda baqaj kəmərindən özünün və başqasının çamadanlarını götürüb. Hüquq-mühafizə orqanları onun orada bir çantanı digərinin içərisində gizlətdiyini güman edirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.