“Can Azərbaycanın yanında olmaqda qərarlı şəkildə davam edəcəyik”- Vitse-prezident Fuad Oktay

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana ziyarəti zamanı tarixi və real faktlarla uzlaşmayan, xoş məramdan tamamilə uzaq, birtərəfli yanaşma əks etdirən və diplomatik səyləri şantaj edən açıqlamaları əsla qəbuledilməzdir. Ağ Saray rəhbərliyi, erməni diasporunun oyunlarına göz yuman Pelosi və onunla bərabər olan erməni lobbisini dəstəkləyən bir neçə siyasətçinin Qarabağla bağlı söylədiklərinin ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.

Bu fikirlər Türkiyənin vitse-prezidenti Fuad Oktayın rəsmi tviter səhifəsində etdiyi paylaşımda əksini tapıb.

Vitse-prezident Fuad Oktay diqqətə çatdırıb ki, otuz il haqsız və hüquqsuz əsaslarla işğal altında saxlanılan ana vətən torpaqlarını azad etmək üçün bir mücadilə edən Can Azərbaycanın yanında olmaqda qərarlı şəkildə davam edəcəyik. Bölgədə davamlı sülh və sabitliyə kəskin ehtiyac olduğu bir vaxtda bütün beynəlxalq tərəfləri ədalətli, ehtiyatlı və hər şeydən əvvəl məsuliyyətli olmağa dəvət edirik.

Əvvəlki məqalə

Avropa Məhkəməsinə ilk dəfə qadın Prezident seçilib

Sonrakı məqalə

Rusiyadan Türkiyəyə 24 milyard dollar pul gəlib? –