CAR vətəndaşı Bakıda hoteldə ölüb

Bakıda əcnəbi vətəndaş hoteldə ölüb.

Səbail rayonu, Salyan şossesində yerləşən “Crescent beach” otelində 1975-ci il təvəllüdlü, Cənubi Afrika Respublikası (CAR) vətəndaşı Robert Labuschangne ölüb.

Onun meyitinin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Hansı ölkələrə qeyri-neft məhsulları ixrac etmişik? –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri