Çavuşoğlu:“Şuşa Bəyannaməsi çərçivəsində bir-birimizi müdafiə edəcəyik”

 

“Türkiyə və Azərbaycan Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət”dir. Bizim taleyimiz birdir”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haberə müsahibəsində deyib.

“Yeri gələndə bir dövlət kimi davranmağı bilirik. Qarabağ zəfərindən sonra Şuşa Bəyannaməsi ilə əlaqələrimiz çox fərqli mərhələyə qədəm qoydu. Artıq tam müttəfiqlik münasibətlərimiz var. Şuşa Bəyannaməsi çərçivəsində atılacaq addımlar bəllidir və biz bunlar üçün çalışırıq. Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, müdafiəyə etməyə davam edəcəyik. İkitərəfli münasibətlərimizi dərinləşdirərək hər sahədə inkişaf etdirəcəyik”, – XİN başçısı vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir